Reklam verin!
Yuma Ailə Jurnalı

Eurovision 2008

Avropa: Odlar yurdu AZƏRBAYCAN gəlir!

Blog Haqqında

Eurovision
Bildiyiniz kimi Azərbaycan bu il ilk dəfə “Eurovision” Mahnı Müsabiqəsinə qatılır. Ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edən bu hadisə üçün mən də bir şeylər etmək istədim. Ən azından vətəndaşlıq borcu hesab edərək “Eurovision” ilə bağlı belə bir blog yaratdım. İnanıram ki bu, dəyərli internet istifadəçiləri üçün mühüm bir informasiya resursu olacaq.
Xatırladaq ki, “Eurovision” Avropa Yayımları Birlyiyi tərəfindən (AYB) hər il Avropa ölkələri arasında keçirilən ən nüfuzlu mahnı müsabiqəsidir. “Eurovision” adı ilk dəfə 1950-ci ildə AYB-yə üzv olan qurumların bir-biri ilə qarşılıqlı proqram mübadiləsi həyata keçirmək məqsədilə ortaya çıxıb. Mahnı müsabiqəsi ideyası isə 1956-cı ildə Fransanın nüfuzlu televiziyalarından olan ORTR-in rəhbəri Marcel Bessentsant tərəfindən irəli sürülüb. İlk dəfə İsveçrənin Luqano şəhərindəki "Kurusal teatro"da keçirilən “Eurovision” mahnı müsabiqəsində AYB-yə üzv olan yeddi ölkə iştirak edib. Qeyd edək ki, müsabiqəni təşkil etməklə AYB Avropa məkanında estrada musiqisinin inkişafı, televiziyalar arasındakı proqram mübadiləsinin intensivləşməsi, yayımçılıq sahəsindəki texniki əlaqələrin inkişaf etdirilməsi və ən əsası ortaq mədəniyyət mühitinin yaradılması kimi məqsədlərə nail olmaq niyətindədir.
İlk dəfə “Eurovision-2008” ə qatılan Azərbaycanı isə bu nüfuzlu yarışmada Elnur Hüseynov və Samir Cavadzadə cütlüyü təmsil edəcək. Uğurlar!
Mais PİRİYEV

Axtarış

Arxivlər

Qabaqki yazılar

Sorğu

eurovision.azeriblog.com ...



Sayqaç

  • İndi blogda: 2
  • Keçən ayın hiti: 1484
  • Dünənki hit: 48
  • Bugünki hit: 18
  • Ümumi hit: 16872

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

Rusiyanı “Eurovision 2008”də təmsil edəcək müğənninin adı martın 9-da məlum olacaq

Eurovision
Fevral 27, 2008 11:12

dima_bilan

Finalçılar arasında “Eurovision 2006” da Rusiyanı təmsil etmiş və ikinciliyi qazanmış Dima Bilan da var

Rusiyanı bu il “Eurovision” Mahnı Müsabiqəsində təmsil edəcək müğənninin adı martın 9-da məlum olacaq. Rusiyanın RTR kanalı artıq finalda mübarizə aparacaq yarışmaçıların adını açıqlayıb. Namizədlər arasında  “Eurovision 2006” da Rusiyanı təmsil etmiş və ikinciliyi qazanmış Dima Bilan və “Eurovision 2002” də iştirak etmiş  Pirime Minister də var.Belçika Milli finalında olduğu kimi Rusiya Milli finalında da mübarizə aparacaq iştirakçılar arasından bir nəfər jüri və xalq səsverməsi ilə seçiləcək.
Bookmark and Share

Şərhlər(0)
103 oxunma
Eurovision 2008


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog